Rusiya ordusu Ukraynada neçə hərbi infrastrukturu məhv edib? – RƏSMİ

Hazırda oxunan: Rusiya ordusu Ukraynada neçə hərbi infrastrukturu məhv edib? – RƏSMİ

62162

Rusiya ordusu Ukraynanın hərbi infrastrukturuna məxsus  975 obyektini məhv edib. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov jurnalistlərə açıqlamasında deyib. 

“Onların arasında Ukrayna Silahlı Qüvvələrinin 23 komanda məntəqəsi və rabitə mərkəzi, üç radar postu, 31 S-300, Buk M-1 və Osa zenit-raket kompleksləri, 48 radar stansiyası var.

Səkkiz döyüş təyyarəsi və yeddi helikopter, 11 pilotsuz uçuş aparatı, iki “Toçka-U” taktiki raketi də vurulub”, deyə o, qeyd edib.

Onun sözlərinə görə, 223 tank və zirehli avtomobil, 28 təyyarə (yerdə), 39 reaktiv yaylım atəş sistemi, 86 səhra artilleriya silahı və minaatan, 143 ədəd xüsusi təyinatlı hərbi texnika da sıradan çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO