Tramp NATO sammitinə qatılmasının səbəbini açıqladı: "Ərdoğana hörmətimə görə gedirəm"

Tramp NATO sammitinə qatılmasının səbəbini açıqladı: "Ərdoğana hörmətimə görə gedirəm"

Hazırda oxunan: Tramp NATO sammitinə qatılmasının səbəbini açıqladı: "Ərdoğana hörmətimə görə gedirəm"

621451

ABŞ Prezidenti Donald Tramp Ankarada keçiriləcək növbəti NATO sammitində iştirak edəcəyini bildirib. Ağ Ev rəhbəri bu qərarı ilk növbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana olan xüsusi hörmətinə görə verdiyini və tədbir başqa ölkədə keçirilsəydi, böyük ehtimalla ora getməyəcəyini vurğulayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Anadolu" agentliyi yayıb.

İyunun 24-də Ağ Evdə NATO-nun Baş katibi Mark Rütte ilə görüşən Donald Tramp səfərlə bağlı diqqətiçəkən bəyanatlar səsləndirib:

"Açığı, sammit Türkiyədə Prezident Ərdoğan tərəfindən təşkil olunmasaydı, ora gedəcəyimi düşünmürdüm. Bir çox liderə görə getməzdim", — deyə Tramp qeyd edib.

ABŞ lideri İranla yaşanan münaqişə zamanı NATO-dakı müttəfiqlərinin Vaşinqtona kifayət qədər aktiv dəstək verməməsindən narazı qaldığını və bu səbəbdən sammitə marağının az olduğunu gizlətməyib. Lakin Türkiyə dövlət başçısının şəxsi xahişinin qərarına təsir etdiyini bildirib:

"O (Ərdoğan) mənə zəng etdi və dedi: “Xahiş edirəm, mən bu tədbiri Türkiyədə keçirirəm. Sən mütləq orada olmalısan. Amerika Birləşmiş Ştatları orada təmsil olunmalıdır”. Mən də məhz Prezident Ərdoğana olan hörmətimə görə ora gedirəm", — deyə Tramp vurğulayıb.

Tramp, həmçinin İranla qarşıdurma zamanı rəsmi Ankaranın bu münaqişədən kənarda qalmasını və xüsusilə Tehrana İsrailə qarşı müqavimət göstərməkdə kömək etməməsini yüksək qiymətləndirdiyini və buna görə Ərdoğana minnətdar olduğunu əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO