Lavrov Zelenskini "fürer" adlandırdı

Lavrov Zelenskini "fürer" adlandırdı

Hazırda oxunan: Lavrov Zelenskini "fürer" adlandırdı

621019

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskini "fürer" adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Lavrov Rusiya XİN-in Diplomatiya Akademiyasında keçirilən 12-ci səfirlər "dəyirmi masa"sındakı çıxışı zamanı kəskin ifadələrlə çıxış edib:

"Fürer elə fürerdir. Onu həvəskar fəaliyyətdən (şou-biznesdən) seçərək fürer roluna təyin etdilər, lakin görürsünüz ki, bu obraz yoluxucu oldu", – deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Xatırladaq ki, "fürer" (almanca Führer) – "rəhbər", "yol göstərən" və ya "başçı" mənasını verən alman sözüdür.

Bu termin dünya tarixində ən çox Adolf Hitlerlə assosiasiya olunur. 1934-cü ildə Almaniyada prezidentlik və baş nazirlik postları birləşdirildikdən sonra Hitler rəsmən ölkənin və nasist partiyasının mütləq rəhbəri, yəni "Fürer" elan edildi.

Bu rütbə sadəcə bir titul deyil, dövlətdə qanunverici, icraedici və məhkəmə hakimiyyətinin, həmçinin ordunun tək bir şəxsin əlində cəmləşməsini – totalitar diktaturanı ifadə edirdi.

İkinci Dünya Müharibəsindən sonra, nasizmin törətdiyi cinayətlərə görə bu söz beynəlxalq siyasi leksikonda mənfi çalar qazandı. Bu gün siyasi ritorikada kimisə "fürer" adlandırmaq – həmin şəxsin avtoritar, diktator meylli və barışmaz rəhbərlik üslubuna sahib olduğunu vurğulamaq üçün bir metafora (bənzətmə) kimi işlədilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO