Daha bir ölkə səmasını Rusiya təyyarələrinə bağlayır

Hazırda oxunan: Daha bir ölkə səmasını Rusiya təyyarələrinə bağlayır

62069

Latviya respublikanın hava məkanını Rusiya aviaşirkətlərinin təyyarələri üçün bağlayacaq.   

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Janis Bordans “Twitter” hesabında yazıb.  

"Rusiya reysləri üçün hava məkanının bağlanacağına əmin olun", - deyə nazir qeyd edib.

Fevralın 25-də Latviyanın müdafiə naziri Artis Pabriks respublikanın hava məkanını Rusiya təyyarələri üçün bağlamağı təklif edib.   

Hazırda Rusiya üçün hava sərhədlərini bağlayan ölkələr bunlardır: Böyük Britaniya, Bolqarıstan, Polşa, Estoniya, Latviya və Çexiya.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO