SON DƏQİQƏ! İran ABŞ-la danışıqlara başlamaqdan İMTİNA ETDİ

SON DƏQİQƏ! İran ABŞ-la danışıqlara başlamaqdan İMTİNA ETDİ

Hazırda oxunan: SON DƏQİQƏ! İran ABŞ-la danışıqlara başlamaqdan İMTİNA ETDİ

620446

ABŞ-İran nüvə danışıqları İsrail və Hizbullah arasındakı münaqişə səbəbindən dayanıb.

Bizim.Media xəbər verir ki, “Bloomberg” nəşri bu barədə ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, İsrail və Hizbullah bir-birini atəşkəsi pozmaqda ittiham edirlər. Ona görə də İran Livanı amerikalılarla razılaşmaya daxil etməkdə israr edir. Bu səbəbdən İran ABŞ-la danışıqlar üçün  İsveçrəyə nümayəndə heyətini göndərməkdən imtina edib.

Qeyd edək ki, ABŞ vitse-prezidenti Vens və xüsusi elçi Vitkoff İran nümayəndələri ilə danışıqlar üçün İsveçrədə səfərdədirlər.

Qeyd edək ki, dünən İsrail və “Hizbullah” arasında atəşkəs elan edilsə də, bu gün yenidən İsrail ordusu Livanın cənubuna hava zərbələri endirib.

Nəticədə 16 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb. 

Xatırladaq ki, ABŞ və İran arasında imzalanan Anlaşma Memorandumunun ilk müddəasında Livanda atəşkəsin dərhal təmin olunması məsələsi öz əksini tapıb. Bundan əlavə, İran rəsmiləri dəfələrlə sülh üçün əsas şərtlərdən biri kimi İsrailin Livana hücumları dayandırmasını irəli sürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO