Çexiyada Rusiyaya dəstək verənlər həbs edilə bilər

Hazırda oxunan: Çexiyada Rusiyaya dəstək verənlər həbs edilə bilər

62040

Çexiyadakı hazırkı vəziyyətdə nümayişlərdə və ya sosial şəbəkələrdə Rusiyanın Ukraynadakı hərəkətlərinə dəstək ifadə etmək cinayət kimi qiymətləndirilə bilər.  

Bizim.Media xəbər verir ki, bu barədə Çexiyanın “CTK” agentliyi ölkənin baş prokuroru İqor Strjijə istinadən məlumat yayıb.

“Əgər kimsə ictimai məkanda, nümayişlərdə və ya internetdə Rusiyanın Ukraynaya hücumuna razılığını bildirsə, onu dəstəkləsə və ya Rusiya liderlərinə dəstək versə, o, müəyyən şərtlər daxilində cinayət törətmiş hesab olunacaq. Bu zaman qanuna əsasən, birinci pozuntuya görə bir ilədək, ikinci pozuntuya görə isə altı aydan üç ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur” – deyə qeyd olunub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO