Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Hazırda oxunan: Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

620342

Rusiyanın iştirakı ilə "Böyük Səkkizlik" (G8) formatının qorunub saxlanması Ukraynadakı münaqişənin qarşısını ala bilərdi. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Axios" portalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, G8 formatını qoruyub saxlamaq lazım idi.

"Əgər bunu etsəydilər, yəqin ki, Rusiya ilə Ukrayna arasında müharibə olmazdı. Lakin [ABŞ-nin keçmiş prezidenti Barak] Obama [Rusiya prezidenti Vladimir] Putini orada görmək istəmirdi.

Düşünürəm ki, bir və ya iki digər lider də həmçinin. Onlar Putini kənarlaşdırmaq istəyirdilər", - deyə Tramp bildirib.

O qeyd edib ki, G8 formatı qalsaydı, "çox daha yaxşı olardı".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO