Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ - VİDEO

Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ - VİDEO

Hazırda oxunan: Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ - VİDEO

620312

Hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən Moskvaya yaxın hüdudlarda 76 pilotsuz uçuş aparatı (dron) vurulub. 

Bizim.Media xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin özünün "MAKS" kanalında bildirib.

Onun sözlərinə görə, paytaxt növbəti böyük hücum cəhdi ilə üzləşib, lakin hadisə insan tələfatı və ya maddi ziyana səbəb olmayıb.
 

"Bu gün düşmən Moskvaya qarşı daha bir kütləvi hücum həyata keçirdi. Yalnız yaxın hüdudlarda HHM qüvvələri tərəfindən 76 pilotsuz uçuş aparatı vuruldu. Dağıntı və zərərçəkən yoxdur", - Sobyanin yazib.


Daha əvvəl paytaxt meri Sergey Sobyanin bəyan etmişdi ki, HHM sistemləri Moskvaya yaxınlaşarkən Ukrayna Silahlı Qüvvələrinə məxsus üç dronu vurub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO