Zaxarova Qərbin açıqlamalarını "dəlixanadan gələn reportajlar" ADLANDIRDI

Hazırda oxunan: Zaxarova Qərbin açıqlamalarını "dəlixanadan gələn reportajlar" ADLANDIRDI

62028

“Qərbin Ukrayna ətrafında vəziyyətə dair qiymətləndirmələri ilə tirajladığı xəbərlər “dəlixanadan gələn reportajlara” bənzəyir”.   

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Birinci Kanalın efirində deyib.  

“Xüsusən də son bir neçə saatda, bizim Qərb tərəfdaşlarımızdan olan xəbərlərə baxanda məndə belə bir hiss yaranır ki, bunlar dəlixanadan xəbərlərdir. Başqa cür deyə bilmərəm. Məncə, hansısa formada vəziyyəti yumşaltmaq və başqa formulalar tapmaq lazım deyil”, – deyə Zaxarova qeyd edib.  

Diplomatın fikrincə, adamda belə bir təəssürat yaranır ki, indi Qərbdə hakimiyyəti və mikrofonları ələ keçirənlərin çoxu dəli adamlardır:

“Bunlar nəinki dünya haqqında, hətta öz dövlətləri haqqında heç bir biliyə malik olmayan, faktları bilməyən, bir dövlətin sərhədlərini digərindən ayırmayan insanlardır”, - deyə o əlavə edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO