Rusiya Silahlı Qüvvələri Ukraynanın 821 hərbi infrastruktur obyektini vurub - SİYAHI  

Hazırda oxunan: Rusiya Silahlı Qüvvələri Ukraynanın 821 hərbi infrastruktur obyektini vurub - SİYAHI  

62017

Rusiya Federasiyasının silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturunun 821 obyektini vurub.

Bizim.Media xəbər verir ki,bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov keçirilən brifinqdə bildirib.  

"Ümumilikdə, Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturunun 821 obyektini vurub. Bunlardan 14-ü hərbi aerodrom, 19-u komanda-idarəetmə mərkəzi və rabitə mərkəzi, 24-ü S-300 və "Osa" zenit-raket kompleksləri, 48-i radar stansiyalarıdır” – deyə Konaşenkov qeyd edib.  

O, həmçinin Rusiya hərbçilərinin Ukraynaya məxsus 7 döyüş təyyarəsi, 7 helikopter və 9 PUA-nı vurduğunu söyləyib:

"87 tank və digər zirehli döyüş maşını, 28 reaktiv yaylım atəşi sistemi, 118 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib. Rusiya Hərbi Dəniz Qüvvələri Ukrayna hərbi dəniz qüvvələrinə məxsus 8 hərbi kateri məhv edib”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO