Avropa İttifaqından ukraynalı qaçqınlarla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF

Avropa İttifaqından ukraynalı qaçqınlarla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF

Hazırda oxunan: Avropa İttifaqından ukraynalı qaçqınlarla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF

620042

Avropa Komissiyasının sədri Ursula von der Lyayen Ukraynadan olan qaçqınların Avropa İttifaqına qəbul qaydalarında dəyişiklik edilməsini təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
 

Məlumata görə, Lyayen tərəfindən Avropa İttifaqı liderlərinə sammit ərəfəsində göndərilən məktubda ukraynalı vətəndaşlar üçün tətbiq olunan sadələşdirilmiş qəbul mexanizmlərinin yenidən nəzərdən keçirilməsi təklif olunur. Bununla yanaşı, Ukrayna qaçqınları üçün müvəqqəti müdafiə statusunun uzadılması da gündəmdədir.


Bildirilir ki, planlaşdırılan dəyişikliklər Ukraynanın müdafiə qabiliyyətinə mənfi təsir göstərməmək məqsədi daşıyır. Təfərrüatlar açıqlanmasa da, hərbi xidmət yaşında olan kişilərin qəbul qaydalarının sərtləşdirilməsinin nəzərdən keçirildiyi qeyd olunur.

Qeyd edək ki, daha əvvəl Almaniya və bəzi digər Aİ ölkələri hərbi çağırış yaşında olan ukraynalı kişilərin qəbulunun çətinləşdirilməsi təşəbbüsü ilə çıxış etmişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO