Zelenski Putinin təklifini qəbul etdi, sülh danışıqlarına hazırdır  

Hazırda oxunan: Zelenski Putinin təklifini qəbul etdi, sülh danışıqlarına hazırdır  

61997

“Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin təklifini qəbul edib və sülh və atəşkəslə bağlı danışıqlara hazırdır”.  

Bizim.Media xəbər verir ki, bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov açıqlama verib.  

"Mən danışıqlardan imtina etdiyimizlə bağlı iddiaları təkzib etməliyəm. Ukrayna sülh və atəşkəslə bağlı danışıqlara həmişə hazır olub və hazırdır. Bu, bizim daimi mövqeyimizdir. Rusiya prezidentinin təklifini qəbul etmişik", - deyə Nikiforov qeyd edib.  

Onun sözlərinə görə, danışıqların yeri və vaxtı ilə bağlı məsləhətləşmələr aparılır. O qeyd edib ki, danışıqlar nə qədər tez başlasa, normal həyatı bərpa etmək şansları bir o qədər çox olacaq.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl Putinin Ukrayna ilə danışıqlar üçün Minskə nümayəndə heyəti göndərməyə hazır olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO