“Şəhərdə aclıq başlayıb, bombalar yağış kimi yağır” – Xarkovda yaşayan azərbaycanlıdan AÇIQLAMA 

Hazırda oxunan: “Şəhərdə aclıq başlayıb, bombalar yağış kimi yağır” – Xarkovda yaşayan azərbaycanlıdan AÇIQLAMA 

61936

Ötən gün səhər saatlarında başlayan Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları davam edir. Ukrayna prezidenti Volodimir Zelenski indiyədək 137 ukraynalının (mülki vətəndaşlar və hərbçilər daxil) öldüyünü, 316 nəfərin yaralandığını açıqlayıb. Hazırda Ukraynanın Xarkov və Kiyev şəhərlərində ağır döyüşlər gedir.  

Ukraynanın Xarkov şəhərində yaşayan həmyerlimiz Gülnur Kərimova Ukraynadakı son durumla bağlı Bizim.Media-ya danışıb.

6 aydır ailəsi ilə birgə Xarkovda yaşadığını deyən Gülnur Kərimova hazırda şəhərdən çıxa bilmədiklərini dilə gətirib:

“Nişanlımın ailəsi ilə birgə Qobustandan bura gəlmişik. Ümumi 7 nəfərik. Dünəndən vəziyyət gərginləşib, indiki saata qədər şəhərdən çıxa bilmirik. Bombalar üzərimizə yağır və dayanmaq bilmir. Küçəyə belə çıxa bilmirik. Mağazalar bağlı, çörək tapılmır. Demək olar ki, şəhərin 80 faizi boşalıb. Azərbaycanın Ukraynadakı səfirliyinə şəhərdən çıxmaq üçün müraciət etdik. Oradan isə “sabah sizinlə əlaqə saxlanılacaq” deyə cavab verildi. Qonşularımızaın da çoxu qalmayıb. Harada sığındıqlarını bilmirik”.

Gülnur Kərimovanın sözlərinə görə Xarkovda 50 min azərbaycanlı qeydiyyatdadır:

“Çox güman ki, onların da vəziyyəti pisdi. Əslində Xarkov sakinləri əvvəlcədən bizi əmin etdi ki, narahatlığa əsas yoxdur və hava reysləri filan işləyəcək. Amma əksi oldu. Bir gündə hər yer bağlandı. İndi çox çətin durumdayıq. Küçələrdə insan yoxdur, ara-sıra avtomobil və tankların hərəkəti görünür. İnsanlar binaların zirzəmilərinə və metrolara sığınır. Ümid edirəm ki, səfirlik bizə dəstək olacaq və vətənimizə qayıda biləcəyik”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO