Rəsmi Moskva Kiyevlə danışmağa hazırdır - Minskə nümayəndə heyəti göndərilir?  

Hazırda oxunan: Rəsmi Moskva Kiyevlə danışmağa hazırdır - Minskə nümayəndə heyəti göndərilir?  

61931

“Putin Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və prezident administrasiyası nümayəndələri səviyyəsində Minskə nümayəndə heyəti göndərmək niyyətindədir”.  

Bizim.Media xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.  

“Əvvəlcə prezident Vladimir Putin dedi ki, əməliyyatın məqsədi Ukraynanın demilitarizasiyası və denazifikasiyası da daxil olmaqla LPR və DXR-ə kömək etməkdir.

Bu, əslində neytral statusun tərkib hissəsidir. Bu kontekstdə Zelenskinin təklifinə cavab olaraq Putin Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası nümayəndələri səviyyəsində Minskə Rusiya nümayəndə heyətini göndərməyə hazırdır”, - deyə Peskov qeyd edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO