Ramzan Kadırov Zelenskiyə SƏSLƏNDİ - "Putindən üzr istə"

Hazırda oxunan: Ramzan Kadırov Zelenskiyə SƏSLƏNDİ - "Putindən üzr istə"

61930

Çeçenistan lideri Ramzan Kadırov minlərlə silahlı təhlükəsizlik qüvvələrinin Ukraynaya göndərilmədən əvvəl Qroznıda meydana düzülməsi fonunda Ukrayna prezidenti Volodimir Zelenskidən Rusiya lideri Vladimir Putindən üzr istəməsini tələb edib.  

Bizim.Media xəbər verir ki, Kadırov fürsətdən istifadə edərək Zelenskini keçmiş prezident olmazdan əvvəl ona məsləhət vermək istədiyini söyləyib.   

“O, tez zamanda prezidentimiz, Ali Baş Komandan Vladimir Vladimiroviç Putinə zəng edib üzr istəsin” – deyə çeçen lider qeyd edib.  

Kadırov həmçinin qeyd edib ki, Ukraynaya göndərilən çeçen döyüşçülər ən qaynar nöqtələri tutacaqlar:

“Əgər həqiqətən bizimlə görüşmək istəyirsənsə, onda biz səni məmnuniyyətlə orada bizimlə görüşə dəvət edirik”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO