Avropa Parlamenti nüfuzunu itirir - Ömər Çelik

Avropa Parlamenti nüfuzunu itirir - Ömər Çelik

Hazırda oxunan: Avropa Parlamenti nüfuzunu itirir - Ömər Çelik
619289
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa Parlamenti (AP) Türkiyəyə qarşı yol verdiyi səhvləri etiraf etməli və düzəltməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) baş katibinin müavini, rəsmi nümayəndəsi Ömər Çelikin AP-nin Türkiyə ilə bağlı qalmaqallı hesabat layihəsinə cavab olaraq verdiyi açıqlamasında deyilir.
 

“AK Parti”nin nümayəndəsi Avropa Parlamenti məruzəçisinin nəticələrini “siyasi cəhətdən utanmalı” adlandırıb və Avropa dəyərlərinin təhrif edilməsinin yolverilməz olduğunu vurğulayıb.


“Heç kimin Avropa Parlamentinin adı arxasında gizlənərək Türkiyə hökumətinin üzvlərini təhqir etməyə və ya onlara hörmətsizlik etməyə hüququ yoxdur”, - deyə Ö.Çelik Avropa Parlamenti məruzəçisinin hərəkətlərinin arxasında duran dairələrin məqsədlərini hərtərəfli araşdırmağa çağırıb.

Türkiyəli siyasətçi qeyd edib ki, bir vaxtlar hörmətli “siyasət və insan haqları məktəbi” hesab edilən Avropa Parlamenti bu gün “müstəmləkə dövrü komissarlarının ritorikası”na yol verən şəxslərin “məqsədyönlü lobbiçiliyi” səbəbindən nüfuzunu itirir.

“AK Parti” baş katibinin müavini Türkiyə ilə bağlı əvvəlki AP hesabatlarını xatırlatıb, bildirib ki, həmin hesabatların müəllifləri də “həqiqəti əks etdirmək və Ankara ilə dialoq üçün qapı açmaq deyil, siyasi qrupları razı salmaq səyinə” əsaslanırdı.

Ö.Çelik əmin edib ki, Ankara Türkiyə Cümhuriyyətinin suveren hüquqlarına qarşı hörmətsizliyə dözməyəcək.

“Avropa Parlamenti üçün ən düzgün variant bu “siyasətçilər” kateqoriyasını “ibtidai demokratiya məktəbinə” qoymaq olardı”, - deyə Türkiyənin hakim partiyasının nümayəndəsi təklif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO