Lavrov Fidanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək

Lavrov Fidanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək

Hazırda oxunan: Lavrov Fidanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək

619260

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında Cənubi Qafqazın gələcəyi və regionda strateji yolların bərpası ilə bağlı mühüm danışıqlar baş tutacaq. Müzakirələr Türkiyə xarici siyasət idarəsinin rəhbərinin 15-17 iyun tarixlərində Rusiyaya reallaşacaq rəsmi səfəri çərçivəsində aparılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb.

"3+3" platforması və Ermənistan-Türkiyə münasibətləri

Rusiya XİN-in yaydığı məlumatda görüşün əsas prioritetləri belə sıralanıb:
 

"Danışıqlarda Cənubi Qafqazda qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivlərinə, o cümlədən nəqliyyat əlaqələrinin və kommunikasiyaların blokdan çıxarılmasına, habelə regionun münaqişədən sonrakı bərpasına xüsusi diqqət yetirilməsi planlaşdırılır. Rusiya və Türkiyə dinc, eyni zamanda proqnozlaşdırıla bilən Cənubi Qafqazda maraqlıdırlar. Buna isə “3+3” Regional Əməkdaşlıq Platforması çərçivəsində birgə səylər sayəsində nail olmaq mümkündür".


Bəyanatda həmçinin qeyd olunub ki, Rusiya rəsmi İrəvanla Ankara arasındakı normallaşma prosesini müsbət qarşılayır və dəstəkləyir.

Mərkəzi Asiya da regional gündəmdədir

İkitərəfli görüşdə təkcə Qafqaz deyil, digər mühüm geostrateji regionlar da masaya yatırılacaq. Rusiya tərəfi türkiyəli həmkarı ilə Mərkəzi Asiyada inteqrasiya proseslərinin inkişafını və bu istiqamətdə tərəflərin maraqlarının uzlaşdırılmasını da geniş müzakirə etmək niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO