Kreml Paşinyanı təbrik etməyə tələsmir – Nəticələr gözlənilir

Kreml Paşinyanı təbrik etməyə tələsmir – Nəticələr gözlənilir

Hazırda oxunan: Kreml Paşinyanı təbrik etməyə tələsmir – Nəticələr gözlənilir

618210

Rusiya Nikol Paşinyana seçkilərdəki qələbəsi münasibətilə təbrik məktubu göndərməzdən əvvəl Ermənistandakı səsvermənin rəsmi nəticələrini gözləməyə üstünlük verir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
 

"Burada hər hansı yekun rəsmi nəticələrin açıqlanmasını gözləmək vacibdir", - deyə Kreml rəsmisi vurğulayıb. O əlavə edib: "Biz yenə də rəsmi rəylərin ortaya çıxmasını gözləməyə üstünlük veririk".


Peskov izah edib ki, səsvermə zamanı Ermənistandan çoxsaylı qayda pozuntuları barədə məlumatlar daxil olub, bu səbəbdən də rəsmi nəticələr xüsusi əhəmiyyət kəsb edir. (Mənbə: TASS)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO