Peskov: Ukrayna ordusunun sərnişin qatarına zərbəsi sülh danışıqlarını çətinləşdirir

Peskov: Ukrayna ordusunun sərnişin qatarına zərbəsi sülh danışıqlarını çətinləşdirir

Hazırda oxunan: Peskov: Ukrayna ordusunun sərnişin qatarına zərbəsi sülh danışıqlarını çətinləşdirir

617966

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Silahlı Qüvvələrinin Krımda sərnişin qatarına endirdiyi zərbəyə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Kremlin rəsmisi bəyan edib ki, bu hücum münaqişənin sülh yolu ilə tənzimlənməsinə keçid cəhdlərini ciddi şəkildə mürəkkəbləşdirir.

Dmitri Peskov jurnalistlərə açıqlamasında bir sıra digər mühüm məqamlara da toxunub.

O bildirib ki, Kiyev rejimi sülh tənzimlənməsi prosesini tormozlamaq üçün əlindən gələni edir.
 

Peskov qeyd edib ki, Kiyevin son terror xarakterli hərəkətləri fonunda hazırda hər hansı danışıqlar imkanını təsəvvür etmək olduqca çətindir.


Xatırladaq ki, Rusiya rəhbərliyi hazırda Krım yarımadasında yanacaq təminatı ilə bağlı yaranmış problemləri həll etmək üçün xüsusi tədbirlər kompleksi hazırlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO