Kiyevə ballistik raketlər atıldı, güclü partlayış səsləri eşidilir - VİDEO

Hazırda oxunan: Kiyevə ballistik raketlər atıldı, güclü partlayış səsləri eşidilir - VİDEO

61795

Cümə günü səhər tezdən, saat 4:22 radələrində Kiyevin müxtəlif rayonlarında bir neçə partlayış səsi eşidilib.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, xüsusilə paytaxtın Peçerski və Qoloseyevski rayonlarında, Poznyakidə partlayış səsləri eşidilib. Kiyevin Troyeşçina ərazisində artıq 6-ya yaxın partlayış olub.

“Kiyevə qanadlı və ya ballistik raketlərlə zərbələr yenə də davam edir. Mən iki güclü partlayış eşitdim”, – daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz Teleqram kanalında yazıb.

Sonra Geraşenko aydınlaşdırıb ki, Kiyevdəki partlayışlar Ukrayna hava hücumundan müdafiə vasitələrinin düşmən təyyarələrinə və ya pilotsuz təyyarələrinə endirdiyi zərbələrdir.

Ali Radanın deputatı Oleksiy Qonçarenkonun sözlərinə görə, məhz Kiyevin hava hücumundan müdafiə sistemi düşmən tərəfindən atılan raketləri vurur.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Kiyev yaxınlığında düşmən təyyarəsini vurub. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO