Rusiyadan Ermənistana gələnlərə sərhəddə çağırış vərəqəsi paylanır.
Bizim.Media xəbər verir ki, bu barədə bəyanatı Ermənistan Baş nazirinin aparat rəhbərinin köməkçisi Taron Çaxoyan yayıb.
O, xüsusilə qeyd edib ki, Rusiyadan gələn Ermənistan vətəndaşları 25 günlük təlim-məşq toplanışlarına çağırılacaqlar, imtina edənlər isə cinayət məsuliyyətinə cəlb olunacaqlar:
“Bu tədbir seçkilər ərəfəsində vətənə qayıdan bütün Ermənistan vətəndaşlarına deyil, seçici şəkildə — məhz Rusiyadan gələnlərə şamil edilir. Çünki ordu "cəza çəkmə" yeri deyil və xüsusən də hərbi toplanışların keçirilməsi seçkilərlə əlaqələndirilməməlidir”.
Artıq sosial şəbəkələrdə hava limanında və quru sərhəd-keçid məntəqələrində hərbi polisin növbə çəkdiyi, Ermənistan pasportu olan çağırış yaşlı kişilərə çağırış vərəqələri payladığı barədə məlumatlar yayılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:11 / 04.06.2026
Rusiyadan Ermənistana gələn kişilərə sərhəddə çağırış vərəqəsi paylanır
Hazırda oxunan: Rusiyadan Ermənistana gələn kişilərə sərhəddə çağırış vərəqəsi paylanır
Hazırda oxunan: Rusiyadan Ermənistana gələn kişilərə sərhəddə çağırış vərəqəsi paylanır
617185
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































