Küveyt hava limanına İran raketi deyil, ABŞ-nin "Patriot" hava hücumundan müdafiə sisteminin raketi düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə "IRIB" agentliyi öz "Telegram" kanalında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebinin açıqlamasını dərc edib.
O izah edib ki, İran mülki obyektlərə zərbə endirməyib, hava limanının vurulması isə ABŞ-nin HHM sisteminin səhvinin nəticəsidir.
"Küveyt hava limanının sərnişin terminalının dağılması ABŞ-nin “Patriot” sistemlərinin səhvi ucbatından baş verib. Belə ki, bu sistemlər İran raketlərini vurmağa uğursuz cəhd göstərdikdən sonra sözügedən terminalın üzərinə düşüb", — deyə məlumatda qeyd olunub.
İyunun 3-də səhər saatlarında İranın pilotsuz uçuş aparatları və raketlərlə Küveyt hava limanına hücum etdiyi bildirilmişdi. Küveyt Müdafiə Nazirliyi bunun böyük maddi ziyana, 1 nəfərin ölməsinə və 63 nəfərin yaralanmasına səbəb olduğunu bəyan etmişdi.
Tehran isə bəyan edib ki, Küveyt və eyni zamanda zərbələrə məruz qalan Bəhreyn İslam Respublikasına hücumlar etmək üçün ABŞ-yə öz ərazilərindən istifadəyə icazə veriblər.
Bizim.Media









































































































