Xarkov vilayətinin bu şəhərinə raket düşdü - Bir uşaq öldü, 15 nəfər təxliyə edildi

Hazırda oxunan: Xarkov vilayətinin bu şəhərinə raket düşdü - Bir uşaq öldü, 15 nəfər təxliyə edildi

61691

Xarkov vilayətinin Çuquyev şəhərində raket hücumlarından sonra hündürmərtəbəli binada yanğın baş verib. Nəticədə kiçik bir uşaq ölüb.

Bizim.Media “segodnya.ua” saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti öz xülasəsində məlumat yayıb.

"Çuquyev şəhərində düşmənin atəşə tutması nəticəsində yaşayış binasında baş vermiş yanğının aradan qaldırılması davam edir. Fevralın 24-də saat 08:23-də 101 nömrəsinə 5 mərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Hadisə yerinə Xilasetmə Xidməti yola düşüb. Xilasedicilər gələnə kimi 2-ci və 3-cü mərtəbələrdəki mənzillərin eyvanları, 4-cü mərtəbədəki mənzil yanıb, ümumi sahəsi 100 kv.m-ə yaxın olub.

Partlayışda azyaşlı uşaq həlak olub. Yaralılar var. Xilasedicilər yanan evdən 15 nəfər sakini təxliyə ediblər. Saat 09:50-də yanğın lokallaşdırılıb”, - deyə xilasedicilər bildirib. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO