İrandan PUA HÜCUMU - Küveyt aeroportu fəaliyyətini dayandırdı - ANBAAN VİDEO

İrandan PUA HÜCUMU - Küveyt aeroportu fəaliyyətini dayandırdı - ANBAAN VİDEO

Hazırda oxunan: İrandan PUA HÜCUMU - Küveyt aeroportu fəaliyyətini dayandırdı - ANBAAN VİDEO

616899

Küveyt Beynəlxalq Aeroportunun sərnişin terminalı İrandan atılan pilotsuz uçuş aparatları (PUA) və raketlərin hücumuna məruz qalıb, insident nəticəsində xəsarət alanlar var.

Bizim.Media xəbər verir ki, bu barədə əmirliyin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Küveytin rəsmi KUNA informasiya agentliyinin idarənin bəyanatına istinadən yaydığı məlumatda deyilir:

"Küveyt Beynəlxalq Aeroportunun T1 sərnişin terminalı İranın PUA və raket hücumuna məruz qaldıqdan sonra hava limanında fövqəladə hallar planı işə salınıb".

Küveyt Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, hücum aeroportun bir sıra obyektlərinə "ciddi ziyan vurub, xəsarət alanlar var".

Hadisə ilə əlaqədar olaraq, hakimiyyət orqanları növbəti bildirişə qədər bütün uçuşları dayandırmaq və gələn reysləri digər hava limanlarına yönəltmək barədə qərar qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO