Dünya siyasətində ŞOK: Makron arvadına görə Trampı Ukrayna ilə hədələyib!

Dünya siyasətində ŞOK: Makron arvadına görə Trampı Ukrayna ilə hədələyib!

Hazırda oxunan: Dünya siyasətində ŞOK: Makron arvadına görə Trampı Ukrayna ilə hədələyib!

616843

Fransa Prezidenti Emmanuel Makron, həyat yoldaşı Bricit Makronun cinsiyyəti ilə bağlı araşdırmanın dayandırılmasını tələb edərək, Ukrayna üzrə müəyyən bir razılaşma vasitəsilə amerikalı həmkarı Donald Trampı şantaj etməyə çalışıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyinə sözügedən araşdırmanı aparan amerikalı jurnalist və bloqer Kendis Ouens məlumat verib.

"Tramp mənə birbaşa zəng etdi. O dedi: “Anlayırsan, Rusiya və Ukrayna ilə bağlı nəsə imzalamaq üçün Makron bizə lazımdır, lakin Emmanuel deyir ki, sən onun yoldaşı haqqında danışmağı dayandırmayana qədər heç nə imzalamayacaq””, - Ouens bildirib.

Jurnalist iddia edir ki, sözlərinin doğruluğunu sübut etmək üçün bu söhbətin səsyazısı onda qalır. O, Makronun bu şantajını "tam bir dəlilik" adlandırıb.
 

Ouens həmçinin qeyd edib ki, ABŞ lideri Fransanın birinci xanımını yaxından gördüyünü və onun əsl qadın olduğunu iddia edərək jurnalisti fikrindən daşındırmağa çalışıb. ABŞ Prezidenti fransalı həmkarı ilə münasibətləri korlamaq istəmədiyini vurğulayıb. Lakin Ouens Trampla razılaşmayıb və ona Bricit Makronun cinsiyyət dəyişdirmə üzrə ixtisaslaşmış həkimə müraciət etdiyini sübut etməyə başlayıb.


Jurnalist əlində Bricit Makronun kişi olmasına dair sübutların olduğunu bəyan edib. O, həmçinin əminliklə vurğulayıb ki, söhbət Fransa liderinin məktəb müəllimindən gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO