Kiyev merindən paytaxt sakinlərinə MÜRACİƏT: “Evdə qalın, çamadanları hazır saxlayın”

Hazırda oxunan: Kiyev merindən paytaxt sakinlərinə MÜRACİƏT: “Evdə qalın, çamadanları hazır saxlayın”

61595

Kiyev meri Vitali Kliçko Ukraynanın hərbi təcavüzə məruz qaldığını bildirib və panikaya düşməməyi tövsiyə edib.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, şəhər rəhbəri qeyd edib ki, paytaxtın mühüm infrastrukturunun istismarı və həyat təminatı ilə məşğul olmayan hər kəs evdə qalmalı və “çamadanlarını” hazır vəziyyətdə saxlamalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynanın bu şəhərləri və obyektləri atəşə məruz qalır - SİYAHIUkraynanın bu şəhərləri və obyektləri atəşə məruz qalır - SİYAHI


Vitali Kliçko Kiyev xalqına müraciətində belə deyib:

“Hörmətli Kiyevlilər! Ukrayna təcavüzkarın hücumuna məruz qalır. 
Kiyevdə mərmi səsləri eşidilir. Hazırda ən pis düşmənimiz - panikadır. Səbrimizi itirmirik.

Şəhərin mühüm infrastrukturunun istismarı və həyat təminatı ilə məşğul olmayan hər kəs evdə qalsın.

Çamadanınızı hazır saxlayın. Sənədlər və minimum şeylər tələb olunur. Lazım gələrsə, sığınacaq və ya zirzəmiyə tez çatın. Şəhər hakimiyyəti paytaxtdadır. Biz şəhəri təmin edirik. Biz müqavimət göstərməliyik!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO