“Dünya Putini dayandırmalıdır” – Ukraynanın XİN başçısı 

Hazırda oxunan: “Dünya Putini dayandırmalıdır” – Ukraynanın XİN başçısı 

61594

"Putin Ukraynanın genişmiqyaslı işğalını başladıb. Dinc Ukrayna şəhərləri atəş altındadır”. 

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba açıqlayıb.

“Bu aqressiv müharibədir. Ukrayna özünü müdafiə edəcək və qalib gələcək. Dünya Putini dayandıra bilər və dayandırmalıdır. Hərəkətə keçmək vaxtıdır”, - deyə Kuleba əlavə edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Putin: “Donbasda hərbi əməliyyat keçirmək əmri verdim” - VİDEO


Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin qondarma Donbass “respublikaları” rəhbərlərinin müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb.

Ukrayna əməliyyat komandanlığı bildirir ki, “hazırda Kiyevdəki komanda mərkəzlərinə qanadlı və ballistik raketlərdən istifadə edilən hücumlar həyata keçirilir. Hədəflər arasında aerodromlar, hərbi qərargahlar da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO