Boliviya Prezidenti öz maaşını iki dəfə AZALTDI

Boliviya Prezidenti öz maaşını iki dəfə AZALTDI

Hazırda oxunan: Boliviya Prezidenti öz maaşını iki dəfə AZALTDI

615392

Boliviya Prezidenti Rodriqo Pas özünün və kabinetindəki nazirlərin əməkhaqlarını iki dəfə ixtisar edəcəyini bəyan edib.

Bizim.Media "Reuters" agentliyinə istinadla xəbər verir ki, bu qərar onun istefası tələbləri, etirazlar və yolların bloklanması ilə müşayiət olunan və getdikcə böyüyən siyasi böhran fonunda qəbul edilib.
 

Ölkənin konstitusiya paytaxtı Sukre şəhərində keçirilən tədbirdə çıxış edən Pas bildirib ki, ödənişlərin azaldılması hökumətin öz ölkəsinə sadiqliyini nümayiş etdirir. Bu tədbirlər Boliviyanın siyasi və sosial iğtişaşların dördüncü həftəsinə qədəm qoyduğu bir vaxtda görülüb.


Etirazlar artıq La-Pas və El-Alto şəhərlərində tədarük zəncirində ciddi fasilələrə səbəb olub. Buradakı bazarlar, xəstəxanalar və yanacaqdoldurma məntəqələri kəskin ərzaq, yanacaq və dərman qıtlığı ilə üzləşib.

Etirazçılar mərkəzçi Pas hökumətindən sərt qənaət tədbirlərini ləğv etməyi və artan yaşayış xərcləri problemini həll etməyi tələb edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO