Fransada 2 milyon avroluq avtomobilləri oğurlayan dəstə üzvləri TUTULDU

Fransada 2 milyon avroluq avtomobilləri oğurlayan dəstə üzvləri TUTULDU

Hazırda oxunan: Fransada 2 milyon avroluq avtomobilləri oğurlayan dəstə üzvləri TUTULDU
615169
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın paytaxtı Parisdə mühafizə olunan dayanacaqdan bahalı avtomobillərin kütləvi şəkildə oğurlanmasında əli olan cinayətkar qrupun bir neçə üzvü saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Paris Prokurorluğundakı mənbə nəşrə bildirib ki, oğurlanmış 27 avtomobildən 21-ni artıq tapmaq mümkün olub.

Onların arasında ümumi dəyəri təxminən 2 milyon avro qiymətləndirilən "Porsche", "Ferrari" və "Maserati" markalı maşınlar var.
 

Qeyd edilir ki, tapılan avtomobillərin bir hissəsi zədələnib və ya qismən yandırılıb. Eyni zamanda, cinayətkarlar maşınları ölkənin müxtəlif regionlarına çıxarmağa macal tapıblar. Onların əksəriyyəti paytaxt regionunda aşkar edilib, lakin bəziləri Nant və Lion ərazilərində tapılıb.


İstintaqın məlumatına görə, mayın 16-dan 17-nə keçən gecə Parisin XV dairəsində həyata keçirilən kütləvi avtomobil qaçırılmasında 50-yə yaxın şəxs iştirak etmiş ola bilər. Bu nəticəyə müşahidə kameralarındakı qeydlərin təhlili əsasında gəlinib. Bildirilir ki, cinayətkarlar giriş qapısını sındıraraq dayanacağa daxil olublar, bundan sonra isə avtomobillərin açarlarını və sənədlərini oğurlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO