İran və ABŞ arasında GİZLİ DİPLOMATİYA – Hansı razılaşmalar əldə OLUNDU?

İran və ABŞ arasında GİZLİ DİPLOMATİYA – Hansı razılaşmalar əldə OLUNDU?

Hazırda oxunan: İran və ABŞ arasında GİZLİ DİPLOMATİYA – Hansı razılaşmalar əldə OLUNDU?

615009

Nəhayət ABŞ və İran Pakistanın vasitəçiliyə ilə razılaşmanın yekun versiyası üzərində razılığa gəliblər.

“Əl-Ərəbiyyə”nin məlumatına görə, razılaşdırılmış sənəddə bütün istiqamətlərdə dərhal və tam atəşkəs, infrastruktura hücumların dayandırılması, Fars körfəzi və Hörmüz boğazında sərbəst naviqasiyanın təmin edilməsi və İranın razılaşmanın şərtlərinə əməl etməsi müqabilində sanksiyaların mərhələli şəkildə ləğvi yer alıb.
 

Qeyd olunur ki, Vaşinqton gələcək sazişin bir hissəsi olaraq İran əleyhinə məhdudiyyətləri tədricən aradan qaldırmağa hazırdır, lakin Tehran ikitərəfli sazişin bütün şərtlərinə ciddi şəkildə əməl etməlidir.


Potensial sazişin bir hissəsi olaraq, İran və ABŞ gələcək münaqişələrin həlli üçün birgə mexanizm yaratmaq niyyətindədirlər. Üstəlik, Qərb KİV-ləri həll olunmamış məsələlər üzrə danışıqların bir həftədən gec olmayaraq başlayacağını yazırlar.

ABŞ və İran danışıqlarında yekun razılıq əldə olunacaq, yoxsa yenidən hücumlar başlayacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev tərəflər arasında hər hansısa bir ciddi razılaşmanın olduğunu düşünmür:

“İstər beynəlxalq mətbuat, istərsə də İran rəsmilərinin verdiyi məlumatlardan belə görünür ki, əslində hər hansı bir razılaşma yoxdur. Tehran sadəcə olaraq, vaxt istəmişdi. Tramp da onlara bu vaxtı vermişdi. Deyilən belə bir razılaşma varsa, deməli Amerika öz tələblərindən geri çəkilib. Xüsusən də, uranın zənginləşdirilməsi məsələsi, İranın əlində olan uranı təhvil verilməsi kimi məsələlərdə. Tehran isə bu istəyindən geri çəkilmir”.

Yalnız müharibənin yenidən alovlanmaması üçün danışıqlar predmeti olaraq ortaya nəsə atılmış ola bilər.

Amma bu məsələ də hardasa gəlib dalana dirənəcək. Çünki ABŞ İranla bağlı istədiyindən geri çəkilməyib. İran da Amerikanın istədiklərinə razılıq vermir. Bu mənada düşünürəm ki, yalnız danışıqların davam etdirilməsi üçün müəyyən razılaşmalar ola bilər. Mövcud vəziyyətdə hansısa hücumların olacağını tam istisna etmək də olmaz. Amma bütün hallarda belə hücumların ümumən artıq keçmişdə qaldığını da proqnozlaşdırmaq olar”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO