Ukrayna Moskvaya atəşkəs təklifi edib

Ukrayna Moskvaya atəşkəs təklifi edib

Hazırda oxunan: Ukrayna Moskvaya atəşkəs təklifi edib

614910

Ukrayna Rusiyaya Xerson vilayətinin işğal altındakı Alyoşki şəhərində mülki əhalinin təxliyəsi məqsədilə müvəqqəti atəşkəs elan olunmasını təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın insan hüquqları üzrə ombudsmanı Dmitri Lubinets açıqlama verib.

Onun sözlərinə görə, tərəflər artıq təxminən 6 min mülki şəxsin, o cümlədən 200 uşağın şəhərdən çıxarılması ilə bağlı ilkin razılıq əldə ediblər.
 

“Bu günə olan vəziyyətə görə, texniki məsələlərin hamısını müzakirə etmişik. Hazırda Rusiya tərəfinin atəşin dayandırılması və fiziki təxliyə prosesinin başlanacağı tarixi təqdim etməsini gözləyirik”, – deyə Dmitri Lubinets bildirib.


Qeyd edək ki, Alyoşki şəhəri 2022-ci ildən Rusiya qüvvələrinin nəzarətindədir və son dövrlərdə mütəmadi artilleriya atəşinə və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO