“Yurd jurnalı həyatımda xüsusi mərhələdir”- Hatəm Əsgərov - FOTO

“Yurd jurnalı həyatımda xüsusi mərhələdir”- Hatəm Əsgərov - FOTO

Hazırda oxunan: “Yurd jurnalı həyatımda xüsusi mərhələdir”- Hatəm Əsgərov - FOTO

614826

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Yurd jurnalının təqdimatı keçirildi.

Bizim.Media xəbər verir ki, 23 ildir fəaliyyət göstərən jurnal mütəmadi olaraq ayda bir dəfə nəşr olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Türk dünyasının “Gül dəftəri” vərəqləndi - FOTO


Baş redaktoru Balayar Sadiq olan “Yurd” jurnalı ədəbi-bədii, elmi və publisistik istiqamətdə fəaliyyət göstərir.

Jurnalda müəlliflərin şeirləri, hekayələri, povestləri, həmçinin şəhid və qazilərə həsr olunan yazıları dərc olunur.

Təqdimatda jurnalın əməkdaşları da iştirak edib və öz yaradıcılıqları barədə məlumat veriblər. Şair Hatəm Əsgərov “Könlümün sarı simi” adlı şeir kitabını təqdim edib. Müəllif əsasən məhəbbət mövzusunda qəzəllər və satirik şeirlər yazdığını bildirib.

“Yurd jurnalı mənim həyatımda xüsusi bir mərhələdir”, – deyə Hatəm Əsgərov vurğulayıb. O, hazırda “Qəzəllər Divanı” üzərində çalışdığını və yaxın zamanda kitabın işıq üzü görəcəyini qeyd edib.

Jurnalın redaktoru Zəhra Səfəralıqızı isə povest, roman və şeirlər müəllifidir. O, əsasən qəhrəmanlıq mövzusunda, real hadisələr əsasında əsərlər qələmə alır.

Onun “Qoşa çinar” əsəri ata və oğulun həyat yolundan bəhs olunur. Əsərdə ata Birinci Qarabağ müharibəsinin, oğul isə İkinci Qarabağ müharibəsinin qazisi kimi təqdim edilir. Müəllifin “Qoca adam” adlı hekayələr kitabı da oxuculara təqdim olunub.

Təqdimatda iştirak edən əməkdaşlardan biri də Püstə Rəvan olub. O, şeirlər, poemalar və müxtəlif mövzularda hekayələrin müəllifidir. Yazıçının “Analı dünyam” və “Gecikmiş ümid” kitabları oxuculara təqdim edilib.


Qeyd edək ki, festival 22-26 may tarixlərində AMEA parkında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Festivalın ilk günü Azərbaycan-Türkiyə günü olaraq adlandırılıb.


Xədicə Paşayeva, İntiqam İbrahimov Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO