Stoltenberq: Avropa İttifaqı NATO-nun rolunu yerinə yetirə bilməyəcək

Stoltenberq: Avropa İttifaqı NATO-nun rolunu yerinə yetirə bilməyəcək

Hazırda oxunan: Stoltenberq: Avropa İttifaqı NATO-nun rolunu yerinə yetirə bilməyəcək
614527
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

NATO ABŞ olmadan yaşaya, Avropa İttifaqı isə alyansın rolunu yerinə yetirə bilməz.

Bizim.Media xəbər verir ki, Norveçin maliyyə naziri və NATO-nun sabiq Baş katibi Yens Stoltenberq bu barədə İsveçin SVT televiziya kanalına müsahibəsində deyib.

O, NATO-nun hazırkı formasının ABŞ-siz mövcud olmayacağını vurğulayıb.

“Birləşmiş Ştatlarsız NATO təxminən 80 ildir tanıdığımız kimi olmayacaq. Bu, Avropa və ABŞ-nin bütün təhdidlərə qarşı birlikdə mübarizə aparması ilə bağlıdır. Avropa və ABŞ arasında parçalanmanın qarşısını almaq üçün mümkün olan hər vasitədən istifadə etmək vacibdir”, - deyə Yens Stoltenberq bildirib.

Analitiklərin sözlərinə görə, NATO-da yaranmış hazırkı böhranının səbəblərindən biri ABŞ-nin Qrenlandiyanı nəzarətə götürmək istəyi ilə bağlıdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir müddət öncə Vaşinqtonun NATO siyasətini ciddi şəkildə yenidən nəzərdən keçiriləcəyini açıqlayıb. Dövlət başçısının sözlərinə görə, ABŞ-nin “NATO-ya trilyonlarla dollar xərcləməsinə” baxmayaraq, Şimali Atlantika Alyansı İran məsələsində Vaşinqtona dəstək verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO