Tramp Venesuela ssenarisini Kubada təkrarlamaq istəyir

Tramp Venesuela ssenarisini Kubada təkrarlamaq istəyir

Hazırda oxunan: Tramp Venesuela ssenarisini Kubada təkrarlamaq istəyir

614525

Vaşinqtonun Kuba inqilabının liderlərindən biri olan Raul Kastroya qarşı ittihamı ABŞ Prezidenti Donald Trampın Venesuela ssenarisini bu ölkədə də təkrarlamaq istədiyinə işarədir.

Bizim.Media xəbər verir ki, belə bir iddia ilə “The Wall Street Journal” nəşri çıxış edib.

Qəzet yazır ki, Birləşmiş Ştatların xüsusi təyinatlıları Venesuelaya girərək Nikolas Maduronu narkotik qaçaqmalçılığı ittihamları ilə həbs etdikdən sonra Tramp bu strategiyanı güc tətbiqi üçün bir model kimi göstərib. Maduronun varisi Delsi Rodriges ABŞ-nin tələblərini yerinə yetirib və Ağ Ev rəhbəri oxşar ssenarinin Kubada da təkrarlana biləcəyinə işarə edib.
 

Nəşrin məlumatına görə, Vaşinqton indi də Kuba hakimiyyətini devirməyə kömək edəcək bir razılaşmaya nail olmaq ümidi ilə ada hökumətinə yaxın insanları axtarır. Bu axtarışı "Kuba Delsisi" adlandıran Tramp administrasiyasının nümayəndələri Venesuelanın müvəqqəti liderinin sıx əməkdaşlığını tərifləməkdə davam edirlər.


“Prezident Tramp Raula çox aydın bir mesaj göndərir: Maduroya baxın. Əgər onun indiki vəziyyətinə düşmək istəmirsinizsə, onda gedin. Venesuelada belə oldu. İnanıram ki, bu, Kubada da baş verəcək”, - Nümayəndələr Palatasının üzvü Mariya Elvira Salazar belə deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO