Ərəb ölkələrinin liderləri Trampdan heç nə xahiş etməyib - DETALLAR

Ərəb ölkələrinin liderləri Trampdan heç nə xahiş etməyib - DETALLAR

Hazırda oxunan: Ərəb ölkələrinin liderləri Trampdan heç nə xahiş etməyib - DETALLAR

614164

ABŞ Prezidenti Donald Tramp İrandakı obyektlərə qarşı planlaşdırılan hərbi zərbəni təxirə salmaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, bu addım Fars körfəzinin ərəb dövlətlərinin liderləri Tehranla diplomatik danışıqlar aparmaq üçün Vaşinqtondan əlavə vaxt istədikdən sonra atılıb.

Lakin "The Wall Street Journal" qəzetinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, Amerika liderinin bu bəyanatı regionun özündə təəccüblə qarşılanıb.

Belə ki, Fars körfəzi ölkələrindən olan bir neçə yüksəksəviyyəli rəsmi şəxs sonradan bu addımın onlarla koordinasiya edilməsi barədə məlumatları təkzib edib.

Nəşrin həmsöhbətləri iddia edirlər ki, onların ümumiyyətlə ABŞ tərəfindən bu dövrdə İrana qarşı hər hansı konkret hərbi hücum planının hazırlanmasından və ya hücumun təxirə salınması ilə bağlı belə bir xahişin mövcudluğundan xəbərləri olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO