NATO-nun Qara dənizdə aktivləşməsinə Rusiyadan NÜVƏ CAVABI – Gərginlik daha da ALOVLANIR...

NATO-nun Qara dənizdə aktivləşməsinə Rusiyadan NÜVƏ CAVABI – Gərginlik daha da ALOVLANIR...

Hazırda oxunan: NATO-nun Qara dənizdə aktivləşməsinə Rusiyadan NÜVƏ CAVABI – Gərginlik daha da ALOVLANIR...

614159

Altı NATO ölkəsi Rumıniya ilə birgə Qara dəniz sahillərində hərbi-dəniz qüvvələrinin təlimlərinə start veriblər. Rumıniya Hərbi Dəniz Qüvvələrinin Qərargahının verdiyi bəyanata görə, dəniz dronlarını sınaqdan keçirmək məqsədi daşıyan beynəlxalq manevrlər 18-29 may tarixlərində Manqaliya dəniz limanı və Qara dənizin bir neçə ərazisini əhatə edəcək.

Qeyd edək ki, təlimdə Bolqarıstan, Kanada, Portuqaliya, Rumıniya, ABŞ və Türkiyə, eləcə də mülki dəniz dron istehsalçılarının nümayəndələri iştirak edir.

Maraqlıdır ki, Rumıniya sahillərində keçirilən bu hərbi təlimlər son zamanlar Rusiya ilə Moldova arasında artan gərginlik fonunda baş verir.

Xatırladaq ki, Moskva Moldovanın separatçı Dnestryanı bölgəsində yaşayan əhali üçün Rusiya pasportu almaq prosedurunu sadələşdirib. Ondan bir qədər əvvəl isə rəsmi Kişinyov Rumıniya ilə birləşmək məsələsini yenidən gündəmə gətirib. Bu əsasda ölkələr arasında münasibətlər daha da gərginləşib.

Digər tərəfdən, mayın 19-dan etibarən Rusiya nüvə təlimlərinə start verib. Belə ki, Rusiya Silahlı Qüvvələri bu gün gündən etibarən mümkün təcavüz təhdidi şəraitində nüvə qüvvələrinin hazırlanması və tətbiqi üzrə genişmiqyaslı təlimlər keçirir. Mayın 22-dək davam edəcək təlimlərə 64 mindən çox hərbçi cəlb olunub.

Bu tendensiya tərəflər arasında savaşın ilk siqnalları sayıla bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, Qərblə Rusiya arasında heç bir hərbi münaqişə gözlənilmir:

“NATO ilə Rusiya arasında heç bir savaş olmayacaq. Bu gözlənilmir. Rusiya nüvə dövlətidir. Buna görə hamı ondan qorxur. NATO-nun 3 ölkəsi də nüvə dövlətidir ki, onun da ikisi Avropada yerləşir. Nüvə dövləti başqa bir nüvə dövlətlərilə müharibə aparmaz. Onun nəticəsidir ki, ABŞ Şimali Koreyaya heç bir söz deyə bilmir. Nüvə dövlətləri yalnız bu silaha sahib olmayan dövlətlərlə müharibə aparırlar. Necə ki, Rusiya Ukrayna ilə, ABŞ də İranla müharibə aparır”.

Sözügedən hərbi təlimlərə gəlincə...

Həmsöhbətimiz onun Moldova ətrafında cərəyan edən hadisələrlə müəyyən dərəcədə əlaqəsinin ola biləcəyini də istisna etməyib: 

“Amma hər halda belə təlimlər adətən əvvəlcədən planlaşdırılır. Qara dənizə çıxışı olan Bolqarıstan, Türkiyə və Rumıniya bu təlimlərdə iştirak edir. Bununla belə, Rusiyanın Moldovaya hücum etmək niyyəti yoxdur. Rusiyanın Moldova ilə birgə sərhədi də yoxdur. Ruslar Ukrayna bataqlığında ilişib qalıblar. Ona görə Ukraynanı vurub Moldovaya keçməkləri də real görünmür.

Moldovanın iqtisadi vəziyyəti ağır, siyasi vəziyyəti isə qeyri-sabitdir. Kişinyovun Dnestryanı bölgəni tutmaq iddiası yoxdur. Həmin bölgənin sakinləri Moldova pasportundan istifadə edir. Hər iki tərəfə avtobus marşrutları da işləyir. Yəni bu ayrılma əməli ayrılma da deyil”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO