Barəsində həbs qərarı çıxarılan israilli nazirdən gözlənilməz reaksiya – VİDEO

Barəsində həbs qərarı çıxarılan israilli nazirdən gözlənilməz reaksiya – VİDEO

Hazırda oxunan: Barəsində həbs qərarı çıxarılan israilli nazirdən gözlənilməz reaksiya – VİDEO

614119

İsrailin maliyyə naziri Bezalel Smotrich Beynəlxalq Cinayət Məhkəməsinin onu həbs etmək üçün beynəlxalq order verilməsi ilə bağlı sorğu təqdim etdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Smotriçin sözlərinə görə, bu addım İsrailin baş naziri Benjamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant barəsində çıxarılan həbs orderlərini tamamlayır.

“Bu antisemit məhkəmənin prokurorunun mənim həbsim üçün beynəlxalq order verilməsi ilə bağlı müraciət etdiyi barədə məlumatlandırıldım”, – deyə nazir bildirib.

O qeyd edib ki, İsrail “təhlükəsizliyi intihar yolu ilə təmin etmək” siyasətinin sanksiyalar və həbs orderləri vasitəsilə ölkəyə qəbul etdirilməsinə imkan verməyəcək.

“Suveren və müstəqil dövlət kimi biz İsrail dövlətinə, tarixi və qanuni hüquqlarımıza, həmçinin özünümüdafiə və təhlükəsizliyi təmin etmək haqqımıza qarşı çıxan qərəzli strukturların ikiüzlü diktələrini qəbul etməyəcəyik”, – deyə Smotriç vurğulayıb.

Nazirin sözlərinə görə, baş nazir, müdafiə naziri və maliyyə nazirinə qarşı həbs orderlərinin verilməsi “müharibə elanıdır”.

“Mən itaətkar yəhudi deyiləm. Fələstin administrasiyası müharibəyə başlayıb və cavabında müharibə alacaq”, – deyə o bildirib.

Smotriç əlavə edib ki, bundan sonra onun səlahiyyətlərinə daxil olan bütün iqtisadi və digər hədəflərə qarşı tədbirlər görüləcək. Nazir ilk addım kimi Xan əl-Əhmər yaşayış məntəqəsinin boşaldılması ilə bağlı əmrin imzalanacağını açıqlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO