Fransada İlon Mask və “X” platforması ilə bağlı cinayət araşdırması başladı - FOTO

Fransada İlon Mask və “X” platforması ilə bağlı cinayət araşdırması başladı - FOTO

Hazırda oxunan: Fransada İlon Mask və “X” platforması ilə bağlı cinayət araşdırması başladı - FOTO
613735
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransada sahibkar Elon Musk və onun sahibi olduğu X barəsində cinayət araşdırması başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Araşdırmaya səbəb İlon Maskın Paris prokurorluğunun 20 aprel tarixli dindirilmə çağırışına məhəl qoymaması olub.
 

Fransa hüquq-mühafizə orqanları artıq ötən ildən etibarən “X” platformasında mümkün qayda pozuntularını araşdırır. İddialar platformanın alqoritmlərinin işləməsi, istifadəçi məlumatlarının istifadəsi və süni intellekt əsaslı “Grok” çat-botunun yaratdığı məzmunla bağlıdır.


Məlumatda bildirilir ki, “Grok” tərəfindən antisemit məzmunlar, Holokostun inkarına dair yazılar və uşaq istismarı ilə bağlı qeyri-qanuni kontentlərin yaradıldığı iddia olunur.

Fransa prokuroru Lor Beko qeyd edib ki, Mask çağırışlara əməl etmədiyi halda onun barəsində beynəlxalq həbs orderinin verilməsi də istisna edilmir.

Fransada İlon Mask və “X” platforması ilə bağlı cinayət araşdırması başladı - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO