Pezeşkian Roma Papasına təşəkkür etdi

Pezeşkian Roma Papasına təşəkkür etdi

Hazırda oxunan: Pezeşkian Roma Papasına təşəkkür etdi

613549

İran Prezidenti Məsud Pezeşkian son hərbi hücumlarla bağlı mövqeyinə görə Roma Papasına təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə İran prezidentinin rəsmi saytında məlumat yayılıb.

Pezeşkian bildirib ki, ABŞ və İsrailin İrana qarşı hücumları təkcə ölkəsinə deyil, həm də beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə qarşı yönəlib.
 

“İrana qarşı son hərbi təcavüzlə bağlı mənəvi və məntiqli mövqeyinizi yüksək qiymətləndirirəm. ABŞ və İsrailin hücumları yalnız İrana deyil, hüququn aliliyinə və ümumbəşəri dəyərlərə qarşıdır”, – deyə İran prezidenti vurğulayıb.


O qeyd edib ki, İran özünümüdafiə hüququ çərçivəsində cavab zərbələri endirib, lakin buna baxmayaraq diplomatiya və münaqişələrin sülh yolu ilə həllinə sadiq qalır.

Pezeşkian beynəlxalq ictimaiyyəti ABŞ-ın “qanunsuz addımları” qarşısında məsuliyyət nümayiş etdirməyə çağırıb.

İran prezidenti həmçinin dünya ölkələrini ABŞ-ın “avantürist və təhlükəli siyasətinə” qarşı çıxmağa səsləyib. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO