Yer üzünün cənnət guşələri – Bu il istirahət üçün ən ideal 10 MƏKAN

Yer üzünün cənnət guşələri – Bu il istirahət üçün ən ideal 10 MƏKAN

Hazırda oxunan: Yer üzünün cənnət guşələri – Bu il istirahət üçün ən ideal 10 MƏKAN
613470
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BBC Travel 2026-cı ildə səyahət üçün ən yaxşı məkanların siyahısını açıqlayıb.

Bizim.Media xəbər verir ki, siyahıda təbiəti, tarixi, və fərqli atmosferi ilə seçilən məkanlar yer alıb.

Dünyanın müxtəlif ölkələrindən seçilən bu məkanlar həm xüsusi tədbirləri, həm də fərqli səyahət təcrübələri ilə 2026-cı ildə daha çox turist cəlb etməyə hazırlaşır. Siyahı hazırlanarkən təkcə təbiət və turizm yox, həm də həmin ölkələrdə keçiriləcək xüsusi tədbirlər, yubileylər və yeni turizm layihələri nəzərə alınıb.

İlk 10-luqda yer alan məkanlar isə bunlardır:

1) Abu Dabi, BƏƏ

Yer üzünün cənnət guşələri – Bu il istirahət üçün ən ideal 10 MƏKAN - foto 1

Şəhər son illərdə təkcə dəbdəbəli istirahət mərkəzi kimi yox, həm də mədəniyyət və incəsənət mərkəzi kimi inkişaf edir. Burada yeni muzeylər, sərgilər və beynəlxalq tədbirlər turistlərin marağını artırır. Səhra turları, lüks hotellər və Formula 1 yarışları da şəhəri fərqləndirən əsas məqamlardandır.

2) Əlcəzair

Yer üzünün cənnət guşələri – Bu il istirahət üçün ən ideal 10 MƏKAN - foto 2

Uzun illər turizmdən kənarda qalan ölkə indi daha çox səyahətçinin diqqətini çəkir. Roma dövründən qalan tarixi abidələr, Aralıq dənizi sahilləri və Sahara səhrası Əlcəzairi fərqli istiqamətə çevirir. BBC ölkəni “kəşf edilməmiş xəzinə” kimi təqdim edib.

3) Kolçaqua vadisi, Çili

Yer üzünün cənnət guşələri – Bu il istirahət üçün ən ideal 10 MƏKAN - foto 3
Dünyanın ən məşhur şərab bölgələrindən biri hesab olunur. Burada turistlər həm üzüm bağlarını gəzə, həm də dağ və kənd mənzərələri fonunda sakit istirahət edə bilirlər. Son illər bölgədə lüks və ekoloji hotellərin sayı da artır.

4) Kuk adaları

Yer üzünün cənnət guşələri – Bu il istirahət üçün ən ideal 10 MƏKAN - foto 4
Sakit okeanda yerləşən bu tropik adalar kütləvi turizmdən uzaq qalması ilə seçilir. BBC yazır ki, burada əsas üstünlük təmiz təbiət, sakit həyat və stresssiz istirahətdir. Mavi laqunlar və ağ qumlu çimərliklər turistlərin ən çox maraq göstərdiyi yerlərdir.

5) Kosta Rika

Yer üzünün cənnət guşələri – Bu il istirahət üçün ən ideal 10 MƏKAN - foto 5
Ekoturizmin ən məşhur ünvanlarından biri sayılır. Ölkə yağış meşələri, vulkanları və nadir heyvan növləri ilə tanınır. Burada turistlər həm macəra turları, həm də təbiətlə iç-içə sakit istirahət seçə bilirlər.

6) Hebrid adaları, Şotlandiya

Yer üzünün cənnət guşələri – Bu il istirahət üçün ən ideal 10 MƏKAN - foto 6
Şotlandiyanın qərbində yerləşən bu adalar sakitliyi və təbii mənzərələri ilə məşhurdur. BBC xüsusilə burada avtomobildən uzaq, daha yavaş və sakit həyat tərzinin turistləri cəlb etdiyini vurğulayır. Bölgə həm də qədim kəndləri və okean mənzərələri ilə seçilir.

7) İşikava, Yaponiya

Yer üzünün cənnət guşələri – Bu il istirahət üçün ən ideal 10 MƏKAN - foto 7
Ənənəvi yapon mədəniyyətini qoruyan bölgələrdən biridir. Burada qədim məbədlər, samuray küçələri və məşhur isti su hamamları yerləşir. 2024-cü ildə baş verən zəlzələdən sonra bölgənin yenidən turizmə açılması da diqqət çəkən məqamlardan biri olub.

8) Komodo adaları, İndoneziya

Yer üzünün cənnət guşələri – Bu il istirahət üçün ən ideal 10 MƏKAN - foto 8

Dünyaca məşhur Komodo əjdahalarının yaşadığı yer kimi tanınır. Son illərdə bölgədə təbiəti qorumaq üçün yeni qaydalar tətbiq olunur. BBC-yə görə, həm nadir canlıları görmək, həm də dalğıc və dəniz turizmi üçün ən maraqlı yerlərdən biridir.

9) Loreto, Meksika
Yer üzünün cənnət guşələri – Bu il istirahət üçün ən ideal 10 MƏKAN - foto 9
Kaliforniya körfəzinin sahilində yerləşən sakit turizm şəhəridir. Balina müşahidəsi, dəniz turları və təbiət parkları ilə seçilir. Bölgə xüsusilə böyük və səs-küylü kurortlardan uzaq istirahət axtaranlar üçün tövsiyə edilir.

10) Monteneqro
Yer üzünün cənnət guşələri – Bu il istirahət üçün ən ideal 10 MƏKAN - foto 10

Balkan ölkəsi olan Monteneqro 2026-cı ildə müstəqilliyinin 20 illiyini qeyd edəcək. BBC yazır ki, bu səbəbdən ölkədə müxtəlif festival və tədbirlərin keçirilməsi planlaşdırılır. Kotor körfəzi, Adriatik sahilləri və qədim şəhərləri ilə tanınan Monteneqro son illərdə Avropanın ən sürətlə populyarlaşan turizm istiqamətlərindən birinə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO