“Yermak bir neçə saat sonra AZADLIQDA OLACAQ”

“Yermak bir neçə saat sonra AZADLIQDA OLACAQ

Hazırda oxunan: “Yermak bir neçə saat sonra AZADLIQDA OLACAQ

613070

“Andrey Yermak üçün nəzərdə tutulan girov yaxın saatlarda ödənilə bilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak teleqram kanalında yazıb.

Jeleznyak iddia edib ki, girov vəsaiti Ukraynanın hüquq çevrələrinin nümayəndələri tərəfindən təmin olunacaq. O bildirib ki, belə bir inkişaf qaçılmaz görünür. Bununla yanaşı, deputat bankların maliyyə monitorinqi sisteminin ən azı bir neçə günlük belə iri köçürməni bloklayacağına ümid etdiyini qeyd edib.

Deputat paylaşımında əlavə edib ki, əgər dostlarının köməyi olmasaydı, Yermak digər təqsirləndirilən şəxs Qaluşenko ilə birlikdə istintaq təcridxanasında bir müddət qala bilərdi.

Xatırladaq ki, Andrey Yermak Ali Antikorrupsiya Məhkəməsinin qərarı ilə həbs edilib. Onun barəsində 140 milyon qrivna girov qarşılığında iki aylıq həbs qətimkan tədbiri seçilib.
 

Sabiq məmur Kiyev yaxınlığındakı Kozin qəsəbəsində elit yaşayış komplekslərinin tikintisi zamanı korrupsiya sxemi vasitəsilə təxminən 460 milyon qrivnanın leqallaşdırılmasında şübhəli bilinir.


Yermak daha əvvəl girovu ödəmək üçün şəxsi vəsaitinin olmadığını, lakin ona kömək etməyə hazır çoxlu dostunun olduğunu bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO