Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

Hazırda oxunan: Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

612785

Hantavirusun ən mühüm simptomu böyrəklərin zədələnməsidir.

Bizim.Media xəbər verir ki, bunu virusoloq Anatoli Altşteyn bildirib. "FederalPress" ilə söhbətində mütəxəssis vurğulayıb ki, orqanların zədələnməsi səbəbindən sidik ifrazı azalır.
 

"Əvvəlcə temperatur yüksəlir. Bir müddət sonra dəridə və damaqda hemorragik ləkələr yaranır. Damarların zədələnməsi səbəbindən daxili qanaxmalar mümkündür. Lakin xəstəliyin əsas təzahür əlaməti böyrəklərin zədələnməsidir. Bu orqanın zədələnməsi nəticəsində sidiyin ifrazı kəskin azalır", — deyə virusoloq izah edib.


O vurğulayıb ki, xəstəlik kifayət qədər ağır keçir. Altşteynin sözlərinə görə, hantavirusa yoluxan insan illərlə səhhətindəki fəsadları hiss edə bilər.

"Bu viruslar üzərində aparılan uzunmüddətli müşahidələr orta ölüm göstəricisinin cəmi 1% olduğunu göstərir. Xəstəliyin simptomları bu virusun inkişaf etdiyi orqanizmlərdən asılıdır", — deyə ekspert əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO