Ukraynalı sahibkar, böyük logistka şirkəti Transridge Inc.-in sahibi İqor Litvinçuk Havayda tətil edərkən nadir bir suitiyə daş atdığına görə həbs oluna bilər.
Bizim.Media Rusiya mətbuatına istinadən bildirir ki, hazırda ABŞ-ın Sietl şəhərində yaşayan biznesmen bu yaxınlarda Havay adalarındakı çimərlikdə suitiyə daş ataraq əylənib.
Etiraz edənlərə əlini yelləyib varlı olduğunu və istənilən cəriməni ödəyə biləcəyini bildirib.
İş adamının hərəkətləri videoya çəkilib və sosial mediada yayılıb. Hüquq-mühafizə orqanları videodan sonra sahibkar saxlanılıb və araşdırma başlayıb. Onu bir ilə qədər həbs cəzası gözləyir.
Hadisədən sonra Transridge Inc. ofisinin qarşısında qəzəbli sakinlər tərəfindən təşkil edilən etiraz aksiyası keçirilib. Narazı izdiham hətta Litvinçuka hücum edib.
Qeyd edək ki, ağ qarınlı suitilər yalnız Havayda rast gəlinir. Onların sayı cəmi 1600 fərd olaraq qiymətləndirilir və qorunur.
Bizim.Media







































































































