Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Paris heç vaxt Hörmüz boğazına hərbi-dəniz qüvvələri göndərməyi planlaşdırmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə France 24 məlumat yayıb.
Makronun sözlərinə görə, Fransanın mümkün addımları daha çox təhlükəsizliyin təmin olunmasına yönəlmiş missiya xarakteri daşıya bilərdi və bu, İranla koordinasiya şəraitində həyata keçiriləcəkdi.
Nayrobidə keçirilən mətbuat konfransında çıxış edən Fransa lideri bu mövqeyinə sadiq qaldığını bildirib.
Xatırladaq ki, bundan əvvəl İran Hörmüz boğazında Fransa və ya Böyük Britaniya qüvvələrinin yerləşdirilməsi halında “qətiyyətli və dərhal cavab” veriləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:07 / 10.05.2026
Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb
Hazırda oxunan: Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb
Hazırda oxunan: Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb
612375
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































