Fransa Rusiyaya görə Aİ-dən çıxmaq istəyir?

Fransa Rusiyaya görə Aİ-dən çıxmaq istəyir?

Hazırda oxunan: Fransa Rusiyaya görə Aİ-dən çıxmaq istəyir?

612336

Fransanın “Patriotlar” Partiyasının lideri Florian Filippo ölkəsinin Avropa İttifaqından çıxmalı olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, siyasətçi bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Filippo hesab edir ki, Avropa İttifaqının siyasəti Fransada enerji qiymətlərinin artmasına səbəb olur.
 

“Bəli, biz Avropa İttifaqını tərk etməliyik. Çünki Aİ səbəbindən elektrik enerjisinə görə çox pul ödəyirik, enerji daşıyıcılarına ƏDV-ni azalda bilmirik və mənasız sanksiyalar üzündən ucuz Rusiya qazı və nefti ala bilmirik”, - deyə o yazıb.


Fransalı siyasətçi Avropa enerji bazarı qaydalarını və Rusiyaya qarşı tətbiq olunan sanksiyaları da tənqid edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO