Nikola Sarkozi şərti azadlığa buraxıldı

Nikola Sarkozi şərti azadlığa buraxıldı

Hazırda oxunan: Nikola Sarkozi şərti azadlığa buraxıldı

611663

2007-2012-ci illərdə Fransa Prezidenti olmuş Nikola Sarkozi 2012-ci il seçki kampaniyasına ayrılan vəsaitin qanunsuz xərclənməsi ilə bağlı “Bygmalion işi” üzrə cəzasını çəkdikdən sonra şərti azadlığa buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı RTL radiostansiyası Paris Apellyasiya Məhkəməsinə istinadən yayıb.

Məlumata görə, onun üzərindəki elektron qolbaq çıxarılacaq.

Qeyd edək ki, Fransa məhkəməsi Sarkozini 2012-ci il prezident seçkiləri kampaniyası zamanı xərclərin qanuni limiti aşması işi üzrə təqsirli bilmişdi. Fransa Ali Məhkəməsi ötən ilin noyabrında bu hökmü qüvvədə saxlamışdı.

Həmin iş üzrə Sarkoziyə bir il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Cəzanın yarısı şərti hesab olunmuş, qalan hissəsinin isə elektron nəzarət altında çəkilməsi nəzərdə tutulmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO