Sarkozi elektron qolbaqdan da AZAD EDİLDİ

Sarkozi elektron qolbaqdan da AZAD EDİLDİ

Hazırda oxunan: Sarkozi elektron qolbaqdan da AZAD EDİLDİ

611633

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci il seçki kampaniyası üçün maliyyələşdirmə limitini aşması ilə bağlı korrupsiya işi üzrə cəzasını çəkərkən şərti azadlığa buraxılıb. 

Bizim.Media xəbər verir ki, RTL radiosunun məlumatına görə, qərar Paris Apelyasiya Məhkəməsi tərəfindən verilib.
 

Məlumatda qeyd olunub ki, məhkəmə Sarkozinin cəzasının azaldılması ilə bağlı tələbini təmin edib. İndi o, növbəti altı ay ərzində elektron izləmə cihazı taxmaq məcburiyyətində qalmayacaq. 


Xatırladaq ki, 2007-ci il seçki kampaniyasının Liviya lideri Müəmmar Qəzzafinin vəsaiti hesabına maliyyələşdirilməsi ittihamı ilə Parisin "Sante" həbsxanasına düşmüşdü. Eks-prezident barmaqlıqlar arxasında 21 gün keçirib. O, oradakı şəraiti "cəhənnəm" adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO