İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

Hazırda oxunan: İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

611401

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari bildirib ki, İran ordusu son günlərdə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı heç bir hərbi əməliyyat keçirməyib, lakin BƏƏ tərəfindən istənilən təcavüzə qətiyyətlə cavab verməyə hazırdır. 

Bizim.Media xəbər verir ki, bu barədə "Mehr" agentliyi yazır. 

"Buna görə də, həmin ölkənin müdafiə nazirliyinin hesabatı qəti şəkildə təkzib olunur və heç bir əsası yoxdur", — deyə Zülfüqari bildirib.
 

O əlavə edib ki, əgər BƏƏ ərazisindən İranın adalarına, limanlarına və sahillərinə qarşı hər hansı hərbi aktivlik göstərilərsə, Tehran sarsıdıcı cavab verəcək.


Xatırladaq ki, mayın 5-də BƏƏ Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri İrandan atılan raket və pilotsuz uçuş aparatlarının (PUA) zərbələrini dəf edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO