Heqset: “Trampın İranla müharibə üçün Konqresin razılığını almasına ehtiyac yoxdur”

Heqset: “Trampın İranla müharibə üçün Konqresin razılığını almasına ehtiyac yoxdur”

Hazırda oxunan: Heqset: “Trampın İranla müharibə üçün Konqresin razılığını almasına ehtiyac yoxdur”

611341

ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, Prezident Donald Trampın İranla müharibəni davam etdirmək üçün Konqresdən razılıq istəməsinə ehtiyac yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Heqset Pentaqonda keçirdiyi brifinqdə deyib ki, ABŞ administrasiyası İranla atəşkəs rejiminin qorunmasında qərarlıdır.

“Biz hesab edirik ki, nəticə etibarilə atəşkəslə zaman dayanır. Əgər hərbi əməliyyatlar bərpa olunarsa, bu, Prezidentin qərarı olacaq”, - deyə Pentaqon rəhbəri bildirib.

Qeyd olunur ki, 1973-cü il Hərbi Səlahiyyətlər Aktına əsasən, ABŞ Prezidenti Konqres müharibəyə icazə vermədiyi halda belə, Birləşmiş Ştatlara birbaşa təhlükə və ya hücum baş verdikdə 60 gün ərzində hərbi əməliyyatlar apara bilər.

Lakin Konqresin açıq icazəsi olmadıqda həmin müddət başa çatandan sonra Prezident ABŞ Silahlı Qüvvələrinin istifadəsini dayandırmalıdır.

Bir çox qanunvericilər mayın 1-ni 60 günlük müddətin sonu kimi qiymətləndirirlər. Bu, Trampın martın 2-də Konqresə hərbi əməliyyatların başlanması barədə bildiriş göndərməsi ilə əsaslandırılır.

Heqset bildirib ki, əgər Tramp hərbi hücumların bərpası barədə göstəriş versə, bu məsələ ayrıca müzakirə olunacaq.

“Belə variant həmişə mövcuddur. İran da bunu bilir. Buna görə onların ‘Project Freedom’la bağlı seçimi vacibdir. Prezident zərurət yaranacağı halda genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək imkanını saxlayır”, - deyə o qeyd edib.

Pentaqon rəhbəri əlavə edib ki, əgər İran razılaşmanın öz üzərinə düşən hissəsini yerinə yetirmək və ya saziş bağlamaq istəməsə, ABŞ Müdafiə Nazirliyi hərəkətə keçməyə hazırdır.

“Ümid edirik ki, buna ehtiyac qalmayacaq”, - deyə Heqset bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO