ABŞ Ukrayna Silahlı Qüvvələrinə kəşfiyyat məlumatlarının ötürülməsini davam etdirir.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib.
"Biz Ukraynaya dəstək üzrə [Qərb] qrupu vasitəsilə bəzi məlumat mübadiləsi məsələlərində kömək etməyə davam edirik", — deyə o təsdiqləyib.
Mart ayında "Politico" nəşri xəbər vermişdi ki, Moskva ABŞ-a saziş təklif edib. Həmin təklifə görə, əgər Vaşinqton Ukrayna ilə Rusiya obyektləri barədə məlumat paylaşmağı dayandırarsa, Rusiya da İranla ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinin dəqiq koordinatları kimi kəşfiyyat məlumatlarını paylaşmağı dayandıracaq.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sözügedən məlumatı təkzib edib.
Bizim.Media





































































































